"Napoli"nin nigeriyalı ulduzunu iki Avropa nəhəngi istəyir

"Napoli"nin nigeriyalı ulduzunu iki Avropa nəhəngi istəyir

İtaliya "Napoli"sinin hücumçusu Viktor Osimhen yayda iş yerini dəyişə bilər.

Fanat.Az xəbər verir ki, informasiyanı ESPN yayıb.

Xəbərə görə, onun xidmətində "Mançester Yunayted" və PSJ kimi Avropa nəhəngləri maraqlıdır. Mənbə Neapol təmsilçisinin nigeriyalı forvardı azı 100 milyon avroya satmağa hazır olduğunu, lakin mövcud vəziyyətə əsasən, onun satış qiymətinin arta biləcəyini açıqlayıb.

Qeyd edək ki, 2020-ci ildə 70 milyon avro qarşılığında "Lill"dən transfer edilən Osimhen bu mövsüm "Napoli" forması ilə ümumilikdə 20 matça çıxıb. Bu qarşılaşmalarda 15 qol və 3 məhsuldar ötürmə ilə yadda qalan 24 yaşlı futbolçu 14 qolla A Seriyasının bombardirlər cədvəlinə başçılıq edir.

Nihat 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər