Nani Türkiyəyə qayıtdı - RƏSMİ

Nani Türkiyəyə qayıtdı - RƏSMİ

Portuqaliya millisinin sabiq futbolçusu Luis Nani karyerasını yenidən Türkiyədə davam etdirəcək.

Fanat.Az xəbər verir ki, "Adana Dəmirspor" 36 yaşlı yarımmüdafiəçinin transferini reallaşdırıb. Bu barədə Super Liqa klubunun mətbuat xidməti məlumat yayıb. 

Nani ilə 1+1 illik müqavilə imzalanıb.

Xatırladaq ki, Nani daha öncə Türkiyədə “Fənərbaxça”nın formasını geyinib. Onun son klubu olan Avstraliya "Melburn Viktori"si olub. Təcrübəli futbolçu bu komandadan ötən ay azad agent kimi ayrılıb. 

Nani əvvəllər "Mançester Yunayted", "Sportinq", “Latsio”, “Venesiya” kimi klublarda da çıxış edib.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər