Nani Premier Liqanın ən pisi seçildi

Nani Premier Liqanın ən pisi seçildi
"Mançester Yunayted"in portuqaliyalı ulduzu Nani İngiltərə və ABŞ mətbuatı tərəfindən mövsümün ən pis oyunçusu seçilib.

İdman24.az-ın məlumatına görə, İngiltərənin "Mirror" qəzelti və ABŞ-ın FOX telekanalı bu mövsüm İngiltərə çempionu olan "Mançester Yunayted"lə bağlı araşdırmalar aparıb. Naninin ən pis oyunçu seçilməsinə səbəb isə "Real Madrid"lə keçirilən Çempionlar Liqasının oyunu zamanı qırmızı vərəqə alaraq komandasını azlıqda qoyması olub. Naninin qovulmasını "Qırmızı şeytanlar" üçün erkən vida kimi xarakterizə edən mətbuat bununla Ferqyusonun da planlarının alt-üst olduğunu da yazıb. İdman24.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər