Azərbaycan millisinin üzvü Namik Ələskərovun çıxış etdiyi "Bursaspor" yoxlama oyununda qüvvəsini sınayıb.
Fanat.Az xəbər verir ki, İstanbulda "Qalatasaray"la qarşı-qarşıya gələn "ağ-yaşıllar" görüşdə böyük hesabla məğlub olub.
17-ci dəqiqəyə kimi qapısında ardıcıl qollar görən "Bursaspor" toparlanıb fərqi minimuma endirsə də, Fatih Terimin komandası oyunun gedişində yenidən 3 topluq fərq yaradıb - 2:5. "Qalatasaray"ın heyətində Mbaye Diaqne (4, 8, 44) het-trik edib. "Cim-bom"un digər qollarını 17-ci dəqiqədə Oğulcan Çağlayan və 59-da Ömər Bayram vurub. "Bursaspor"da isə İsmayıl Yüksək (29) və Elton-Ofoyi Akolatse (38) fərqlənib.
Qeyd edək ki, Namik hazırda millimizin düşərgəsində olduğu üçün bugünkü oyunda iştirak etməyib. Yarımmüdafiəçi sabah Qətərlə yoldaşlıq görüşündə iştirak etdikdən sonra bazar ertəsi klubunun düşərgəsinə yollanacaq. Mirağa