Namik Ələskərovun komandası "Qalatasaray"a qarşı

Namik Ələskərovun komandası "Qalatasaray"a qarşı

Milli komandaların seçmə oyunlarına görə yaranan fasilə ərəfəsində baş tutan Türkiyə I Liqasının son turunda "Kocaelispor"a məğlub olan "Bursaspor" həftəsonu "Qalatasaray"la yoldaşlıq oyunu keçirməyi planlaşdırır.

Fanat.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Namik Ələskərovun komandasının "sarı-qırmızı"larla görüşü qarşı tərəfin istəyi ilə qarşılaşma İstanbulda keçiriləcək. 

Oyun şənbə gününə təyin edilib. Bu isə o deməkdir ki, Namik İstanbul nəhəngi ilə görüşdə iştirak edə bilməyəcək. O, bu arada millinin düşərgəsində olacaq.

Bu arada, ötən ay liqaya verilən fasilədə Kocaelidə 10 gün düşərgə quran və dönüşdə 3 matçlıq qalibiyyət seriyası ilə çıxışı yaxalayan "Bursaspor" yenidən təlim-məşq toplanışına hazırlaşır. 

"Yaşıl-ağ"ların yaxın günlərdə Kocaeliyə gedəcəyi gözlənilir. Bu dəfə düşərgənin 4-5 günlə məhdudlaşdırılacağı bildirilir. Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər