Namik Ələskərovun klubunda şok ayrılıq

Namik Ələskərovun klubunda şok ayrılıq

Türkiyə I Liqasında ardıcıl üç qələbədən sonra yenidən eniş yaşayan və son 2 turdan məğlub ayrılan "Bursaspor" heyətlə bağlı radikal addım atıb.

Fanat.Az xəbər verir ki, Namik Ələskərovun çıxış etdiyi klub üç oyunçu ilə yollarını ayırıb.

Bu barədə klub prezidenti Hayrettin Gülgülər "Bursaspor"un "Youtube" kanalı vasitəsilə açıqlama verib: “Kapitan sarğısını daşıyan Burak Altıparmak, Aykut Akgün və Cüneyt Közlə yollarımızı ayırdıq. Onlara indiyədək verdikləri əməyə görə təşəkkür edir və gələcək futbol karyeralarında uğurlar arzulayırıq”. 

Klub prezidenti həmçinin azarkeşlərə "nəyin bahasına olur-olsun, mövsümün sonunda Superliqaya vəsiqə qazanacağıq" vədini verib.

Qeyd edək ki, Namik Ələskərov bu yay "Bursaspor"a keçib və meydana çıxdığı 9 oyunda 2 qol vurub, 4 asistlə yadda qalıb. Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər