Azərbaycan millisinin üzvü Namik Ələskərovun çıxış etdiyi "Bursaspor" növbəti üç oyuna baş məşqçi Mustafa Ersiz çıxacaq.
Fanat.Az xəbər verir ki, buna səbəb onun "İstanbulspor"la oyundakı davranışları olub.
Aprelinin 15-də baş tutan I Liqanın oyununda o, hakimin ünvanına təhqiramiz ifadələr səsləndirdiyinə görə İntizam Komitəsi tərəfindən üç oyunluq diskvalifikasiya edilib. Er həmçinin, para cəzasına məruz qalıb.
"Bursaspor" sona 5 tur qalmış 32 xalla 19 komanda arasında 18-ci yerdədir və liqanı tərk etmək təhlükəsi yaşayır.