Namik Ələskərov Super Liqa klubuna keçə bilər

Namik Ələskərov Super Liqa klubuna keçə bilər

Azərbaycan millisinin üzvü Namik Ələskərov Türkiyədə klubunu dəyişə bilər.

Fanat.Az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb. 

İddiaya görə, "Sivasspor" klubu "Bursaspor"da çıxış edən millimizin üzvü ilə maraqlanır. Sivas təmsilçisinin baş məşqçisi Rıza Çalımbay Namiki komandasında görmək istəyir.

Xəbərdə "Sivasspor"la yanaşı, Super Liqanın daha bir neçə klubunun Ələskərovla maraqlandığı bildirilib. "Timsahlar" liqada qala bilməsələr, Namik azad agent statusu ilə istənilən kluba keçə biləcək.

27 yaşlı oyunçu bu  mövsüm "Bursaspor"la 33 oyunda 8 qol vurub, 6 məhsuldar ötürmə edib.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər