Namik Ələsgərovun yeni baş məşqçisi açıqlandı

Namik Ələsgərovun yeni baş məşqçisi açıqlandı

Azərbaycan millisinin futbolçusu Namik Ələsgərovun çıxış etdiyi Türkiyə "Bursaspor"unun yeni baş məşqçisi müəyyənləşib.

Fanat.Az-ın məlumatına görə, bu barədə klubun idman direktoru Deniz Kolqu yerli jurnalistlərə açıqlama verib.

O, Yücel İldizlə ilkin razılıq əldə olunduğunu bildirib. Kolqu komandanı "Menemenspor"la I Liqanın XVIII tur matçına məhz 68 yaşlı mütəxəssisin çıxaracağını bildirib.

Qeyd edək ki, Yücel İldiz bu vəzifədə Özcan Bizatini əvəzləyəcək.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər