Namik Ələsgərovun baş məşqçisi bəlli oldu

Namik Ələsgərovun baş məşqçisi bəlli oldu

Türkiyənin "Bursaspor" klubunun yeni baş məşqçisi bəlli olub.

Fanat.Az birincli liqa təmsilçisinin rəsmi tvitter hesabına istinadən xəbər verir ki, "timsahlar" Fatih Tekkeyə tapşırılıb.

44 yaşlı mütəxəssislə 1+1 illik müqavilə imzalanıb. O, bu postda Mustafa Eri əvəzləyib.

Tekke 1997 - 2007-ci illərdə Türkiyə millisinin formasını geyinib. Keçmiş hücumçu yığmanın heyətində 32 oyuna 9 qol vurub.

Qeyd edək ki, Azərbaycan millisinin futbolçusu Namik Ələskərov avqustun 14-də "Bursaspor"la iki illik müqavilə imzalayıb.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər