Namik Ələsgərov Türkiyədə yenə qol vurdu

Namik Ələsgərov Türkiyədə yenə qol vurdu

Futbol üzrə Türkiyə 1-ci liqasında 12-ci turun oyunları keçirilib. 

Fanat.Az xəbər verir ki, azərbaycanlı futbolçu Namik Ələskərovun komandası “Bursaspor” da növbəti matçına çıxıb.   Bursalılar səfərdə  “Kocaelispor”a 1:2 hesabıyla uduzub.   Namik də bu görüşün iştirakçısı olub. O, komandasının start heyətində meydana çıxıb və 86-cı dəqiqədə əvəzlənib. Bursa təmsilçisinin yeganə qolunu da Namik vurub. Millimizin üzvü 61-ci dəqiqədə penaltidən fərqlənib. Bu, onun Türkiyə təmsilçisindəki ikinci qoludur.   “Bursaspor” 12 turdan sonra 14 xalla 19 kollektiv arasında 11-ci pillədə qərarlaşıb.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər