Namik "Busaspor"da mövsümün rekordçusudur

Namik "Busaspor"da mövsümün rekordçusudur

Futbol üzrə Azərbaycan millisinin yarımmüdafiəçisi Namik Ələskərov çıxış etdiyi Türkiyə “Bursaspor”unda ən çox meydanda olan futbolçudur.

Fanat.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, o, indiyədək “timsahlar”ın heyətində ümumilikdə 1722 dəqiqə oynayıb.

İkinci sırada 1484 dəqiqə ilə xorvatiyalı müdafiəçi Luka Tsapan qərarlaşıb. İlk “3-lüy”ü belçikalı yarımmüdafiəçi Massimo Bruno (1450) tamamlayır.   2021-ci ilin yayında “Neftçi”dən Türkiyə klubuna transfer olunan Namik Ələskərovun “Bursaspor”la 2+1 illik müqaviləsi var.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər