Ünal Aysal: "Baş məşqçimiz məşğuldu"

Ünal Aysal: "Baş məşqçimiz məşğuldu"

"Qalatasaray"ın prezidenti Ünal Aysal GS TV-yə açıqlama verib. Fanat.az xəbər verir ki, klub prezidenti açıqlamasında Fatih Terimin millidəki işindən danışıb:

"Fatih Terim üçün uğurlar yad deyil. Klubdakı uğurlarına millinin uğurlarını əlavə etdirməsi də təəccübləndirici deyil. Milli komandanın istiqamətini yuxarı doğru çevirdi. "Qalatasaray" böyük fədakarlıq göstərdi. Real danışmaq lazımdısa, çətin qrupa düşmüşük. Bu qrupdan çıxmağın yollarını axtaracağıq. Əgər biz bir yerdə olsaq, mümkün olmayacaq heçnə yoxdu. Ən pis ehtimalla qrupu 3-cü yerdə tamamlayıb Avropa Liqasına gedərik. Bizə və federasiyaya verdiyi sözlərlə böyük bir yükün altına girib. Biz də ona yük yox, yanında olub dəstək olmalıyıq. "Qalatasaray" hər uğurlu nəticədən sonra məşqçi heyətini federasiyaya verəcəksə, ona bu federasiyaya heç bir ehtiyac yoxdu. Bu işi biz görərik".

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər