Nağıyevin komandası Kiyev “Dinamo”sunu 1/4 finala buraxmadı

Nağıyevin komandası Kiyev “Dinamo”sunu 1/4 finala buraxmadı

Ukrayna kubokunda 1/8 final mərhələsinin oyunları keçirilib.

Fanat.Az xəbər verir ki, azərbaycanlı futbolçu Dmitri Nağıyevin komandası “Obolon” da növbəti matçına çıxıb.

Sözügedən komanda bu mərhələdə Kiyev “Dinamo”su ilə üz-üzə gəlib. 1:0 hesablı qələbəyə sevinən “Obolon” 1/4 finala yüksəlib.

Dmitri bu oyunu sonadək ehtiyat oyunçular skamyasından izləyib.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər