Nahid Əliyev "Mingəçevir"də qalmayacaq

Nahid Əliyev "Mingəçevir"də qalmayacaq

Ötən mövsümün ikinci yarısını "Mingəçevir"də keçirən Nahid Əliyevin növbəti mövsümə harada başlayacağı bəlli deyil.

Fanat.Az xəbər verir ki, 20 yaşlı vinger iş yerini dəyişmək niyyətindədir.

Belə ki, "şəhərlilər"lə müqaviləsinin müddəti başa çatan Əliyev aran təmsilçisi ilə əlaqə saxlayaraq klubla anlaşma yeniləmək niyyətində olmadığını bildirib. Hazırda bir neçə klubla danışıq aparan Nahidin gələcək taleyinə yaxın günlərdə aydınlıq gələcəyi gözlənilir.

Xatırladaq ki, bir neçə gün öncə "Mingəçevir" baş məşqçisi Füzuli Məmmədovla yollarını ayırıb. Onun yerini Ramiz Məmmədovun tutacağı dəqiqləşsə də, yeni çalışdırıcının təyinatı hələ rəsmən açıqlanmayıb.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər