Naço "Real"ı İtaliya nəhənginə dəyişə bilər

Naço "Real"ı İtaliya nəhənginə dəyişə bilər

Cari mövsümün sonunda "Real Madrid"dən ayrılacağı gözlənilən Naço Fernandes karyerasını İtaliyada davam etdirə bilər.

Fanat.Az xəbər verir ki, məlumatı "La Gazzetta dello Sport" yayıb.

Xəbərə görə, 34 yaşlı futbolçunun xidmətində "İnter" maraqlıdır. Mənbə "qara-göylər"in universal arxa xətt oyunçusunun təcrübəsinə güvəndiklərini vurğulayıb.

Qeyd edək ki, cari mövsüm "Real" forması ilə bütün turnirlərdə 42 matça çıxan Naço 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər