Naço İspaniya klublarına keçməyəcək - SƏBƏB

Naço İspaniya klublarına keçməyəcək - SƏBƏB

Cari mövsümün sonunda "Real Madrid"dən ayrılacağı gözlənilən Naço Fernandes İspaniya klublarından heç birinə keçməyəcək.

Fanat.Az xəbər verir ki, informasiyanı şəxsi "X" hesabı üzərindən tanınmış insayder Fabritsio Romano yayıb.

Xəbərə görə, sözügedən futbolçu yetirməsi olduğu "Real"a qarşı oynamamaq üçün ölkə daxilindən gələn təklifləri götür-qoy etmək niyyətində deyil.

Qeyd edək ki, 34 yaşlı Naço bu mövsüm bütün turnirlərdə 36 matça çıxıb və məhsuldar göstəricilərlə yadda qalmayıb. "Transfermarkt" portalı onun transfer qiymətini 4 milyon avro ilə dəyərləndirir.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər