MY-yə ərəblərdən 1 milyard dollar çox verən müştəri tapıldı

MY-yə ərəblərdən 1 milyard dollar çox verən müştəri tapıldı

Qətər şeyxi Cassim bin Hamad Al Tani "Mançester Yunaytedi almaq cəhdini dayandırmaq qərarına gəlib. Fanat.Az xəbər verir ki, ərəb iş adamı Qleyzer ailəsinin onun son - 6,5 milyardlıq təklifini rədd etməsindən son belə addım atıb. İngiltərəli insayder Ben Ceykobsun məlumatına görə, klubu almağa yeni namizəd ortaya çıxıb. Britaniyalı milyarder Cim Ratkliff “qırmızı şeytanlar”ın səhmlərinə 1 milyard daha çox - 7,5 milyard təklif edib. Doğrudur, britaniyalı milyarder hazırda 25 faiz payla “Mançester Yunayted”in minoritar səhmdarı olmaq istəyir. Lakin Ratkliffin planı 2026-cı ilə qədər tədricən klubun tam sahibinə çevrilməkdir. Bu səbəbdən onun uzunmüddətli perspektiv üçün təklifi Qleyzerlər ailəsinə maliyyə baxımından daha cəlbedici görünür. Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər