MY-nin ulduzunun ürəyində problem aşkarlandı - Uzun müddət oynamayacaq

MY-nin ulduzunun ürəyində problem aşkarlandı - Uzun müddət oynamayacaq

"Mançester Yunayted"in sağ cinah müdafiəçisi Nusser Mazrauyi qarşıdakı iki ay ərzində meydana çıxa bilməyəcək. 

Fanat.Az xəbər verir ki, "The United HQ" mərakeşli oyunçuya ürək aritmiya diaqnozu qoyulduğu barədə məlumat yayıb. 

Mazrauyinin iki aydan çox müddət oynamayacağı bildirilir. 

Nusser Mazrauyi "Mançester Yunayted"lə ötən yay müqavilə imzalayıb. Müdafiəçi "Bayern Münhen"dən Erik ten Haqın komandasına keçib. Nusser hazırkı məşqçisi ilə əvvəllər də "Ayaks"da çalışıb.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər