MY-nin ulduzu rəqib komandanın baş məşqçisinə tərif yağdırdı

MY-nin ulduzu rəqib komandanın baş məşqçisinə tərif yağdırdı

"Mançester Yunayted"in yarımmüdafiəçisi Brunu Fernandeş formasını geyindiyi klubun əsas rəqiblərindən olan "Liverpul"un baş məşqçisi Yürgen Kloppdan danışıb. 

Fanat.Az xəbər verir ki, "A Bola" Portuqaliya millisinin futbolçusunun dedklərini belə çatdırıb:

"Biz oyunlara gətirdiyi intensivliyə, futbola olan həvəsinə görə ən çox dəyər verdiyim məşqçidən danışırıq. Düşünürəm ki, onun indi getmək qərarına gəlməsi futbolu nə qədər sevdiyinə sübutdur. O, "Liverpul"u özünə inandırmağı bacaran mütəxəssisdir. Klopp "Liverpul"la böyük titullar qazandı, Premyer Liqanın, Çempionlar Liqasının və daha bir neçə turnirin qalibi oldu. Çaslışdırdığı komandaya atəş, ehtiras və yeni dinamika gətirdi. O, bir daha bizi inandırdı ki, bu klub çempiondur, kuboklar uğrunda mübarizə aparmağa qadirdir. Heç kim və heç vaxt bunları Kloppun əlindən almayacaq".

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər