"Mançester Yunayted”in yarımmüdafiəçisi Pol Poqba komandasını dəyişmək istəyir.
Fanat.Az "Le Parisen”ə istinadən xəbər verir ki, öncəki çalışdırıcı Joze Mourinyo ilə münasibətləri qaydasında olmayan 26 yaşlı ulduz oyunçu "qırmızı şeytanlar”ın hazırkı baş məşqçisi Ole-Qunnar Sulşerlə də dil tapa bilmir.
Mənbə Sulşerlə yola getməyən Poqbanın artıq "Real” variantını götür-qoy etdiyini vurğulayıb.
MY ilə olan müqaviləsinin müddəti 2021-ci ilin yayında bitəcək fransalının transfer qiyməti 90 milyon avrodu. O, 2016-cı ilin yayında "Yuventus”dan 105 milyon avroya alınıb.
Fanat.Az