MY-nin kapitanı istefaya göndərilən Erik ten Haqa müraciət etdi

MY-nin kapitanı istefaya göndərilən Erik ten Haqa müraciət etdi

"Mançester Yunayted"in kapitanı Brunu Fernandeş baş məşqçi Erik ten Haqın istefaya göndərilməsinə reaksiya verib.

Fanat.Az-ın məlumatına görə, portuqaliyalı yarımmüdafiəçi niderlandlı mütəxəssisə ürək sözlərini sosial şəbəkə hesabları üzərindən çatdırıb:

"Hər şeyə görə təşəkkürlər, boss! Mən sizin etibarınızı və birlikdə bölüşdüyümüz anları dəyərləndirirəm. Sizə gələcəkdə hər şeyin ən yaxşısını arzulayıram. Son dövrlərin bizim üçün o qədər də uğurlu alınmadığını bilsək belə, ümid edirəm ki, azarkeşlərimiz sizin klub üçün gördüyünüz yaxşı şeyləri xatırlayacaqlar".

Ten Haq 2022-ci ilin aprelindən MY-ni çalışdırırdı. Onun müqaviləsinin müddəti 2026-cı ilin yayına qədər nəzərdə tutulmuşdu.

Müvəqqəti olaraq Rud van Nistelroya tapşırılan İngiltərə nəhənginin "Barselona"nın sabiq baş məşqçisi Xaviyə həvalə ediləcəyi gözlənilir.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər