MY-nin baş məşqçisi "Vest Hem"lə oyundan sonra belə danışdı

MY-nin baş məşqçisi "Vest Hem"lə oyundan sonra belə danışdı

İngiltərə Premyer Liqasının (İPL) 26-cı turunda "Vest Hem"lə səfərdə heç-heçə edən "Mançester Yunayted"in baş məşqçisi Maykl Kerrik oyundan sonra fikirlərini bölüşüb.

Fanat.Az BBC-yə istinadən xəbər verir ki, "çəkicdöyənlər"lə matçda yenilgidən 90+6-cı dəqiqədə qurtulan "qırmızı şeytanlar"ın çalışdırıcısı belə danışıb:

"Oyun gözlədiyimiz kimi asan olmadı. Komandamız ən yaxşı oyununu sərgiləmədi. Ən çətin durumlardan nəticə çıxarmağı bacarmaq lazımdır. Futbolçularımızın sonadək mübarizə aparmalarını və tarazlığı sonda bərpa etmələrini vurğulamalıyam. Əlbəttə, qələbə qazanmaq istəyirdik, amma qazandığımız xal da önəmlidir. 

"Vest Hem"in müdafiə xəttinin çox xoş təsir bağışladığını da qeyd etmək lazımdır. Onlar sıx oynadılar və boş zonaları yaxşı bağladılar. Daha kəsərli hücumlar qura bilərdik. Konstruktiv olacam və yolumuza davam etmək üçün bu matçdan nəticə çıxarmağa çalışacam".

Hazırda 45 xalı olan "Mançester Yunayted" İPL-in turnir cədvəlində 4-cü, 24 xala malik "Vest Hem" isə 18-ci pillədə mövqe tutub.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər