MY müdafiəçisini icarəyə verdi - RƏSMİ

MY müdafiəçisini icarəyə verdi - RƏSMİ

"Mançester Yunayted"in müdafiəçisi Tayrell Malasiya kayerasını Niderlandda davam etdirəcək. 

Fanat.Az xəbər verir ki, məlumatı "qırmızı şeytanlar"ın mətbuat xidməti yayıb.

25 yaşlı niderlandlı futbolçu mövsümün sonunadək ölkəsinin PSV klubunda top qovacaq.

Qeyd edək ki, 2022-ci ildə "Mançester Yunayted"ə transfer olunan Malasiya uzun müddət zədədən əziyyət çəkib. O, Mançester təmsilçisinin heyətində ümumilikdə 39 oyun keçirib.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər