MY Holl üçün rəsmi təklif göndərəcək

MY Holl üçün rəsmi təklif göndərəcək

"Mançester Yunayted" digər Premyer Liqa təmsilçisi "Nyukasl"a müdafiəçi Lyuis Hollun transferi üçün rəsmi təklif göndərəcək.

Fanat.Az "TEAMtalk"a istinadən xəbər verir ki, 21 yaşlı futbolçu "qırmızı şeytanlar"ın prioritet hədəfidir.

Xəbərdə "sağsağanlar"ın gənc istedadı 70 milyon 200 min avroya satmağı hədəflədikləri də diqqətə çatdırılıb.

Holl ötən mövsüm "ağ-qaralar"ın heyətində bütün turnirlərdə 47 matça çıxaraq 1 qol və 2 məhsuldar ötürmə müəllifi olub. Onun "Nyukasl" ilə müqaviləsinin müddəti 2029-cu ilin yayına qədər nəzərdə tutulub. "Transfermarkt" portalı Lyuisin transfer qiymətini 40 milyon avro məbləğində dəyərləndirir.

Toğrul

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər