MY forvardını İtaliya nəhənginə sata bilər - MƏBLƏĞ

MY forvardını İtaliya nəhənginə sata bilər - MƏBLƏĞ

"Mançester Yunayted"in hücumçusu Rasmus Höylund karyerasını İtaliya nəhəngində davam etdirə bilər.

Fanat.Az xəbər verir ki, informasiyanı "The Telegraph" yayıb.

Mənbə onun xidmətində "İnter"in maraqlı olduğunu vurğulayıb. Məlumata görə, MY 22 yaşlı danimarkalıdan qurtulmağa can atmasa da, onu 45-50 milyon avroya satmağın əleyhinə deyil. Milan təmsilçisinin isə öncə forvardı icarəyə götürmək, daha sonra onun transfer hüquqlarına yiyələnmək variantını daha uyğun saydığı bildirilib.

Qeyd edək ki, Höylund geridə qalan mövsümdə "qırmızı şeytanlar"ın forması ilə bütün turnirlərdə 52 matça çıxaraq 10 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb. Gənc futbolçunun Mançester təmsilçisi ilə müqaviləsinin müddəti 2035-ci ilin yayına qədər nəzərdə tutulub. "Transfermarkt" portalı onun transfer qiymətini 28 milyon avro ilə dəyərləndirir.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər