Cari mövsümün sonunda "Mançester Yunayted"dən ayrılacağı dəqiqləşən braziliyalı yarımmüdafiəçi Kazemiro "qırmızı şeytanlar"ın rəhbərliyi ilə görüşərək öz yerində hansı futbolçunu görmək istədiyini deyib.
Fanat.Az AS nəşrinə istinadən xəbər verir ki, 34 yaşlı futbolçu MY-nin idarəçilərinə "Nyukasl"dakı həmyerlisi Bruno Gimaraynsı heyətə qatmağı məsləhət görüb.
28 yaşlı Gimaraynsın "Nyukasl"la müqaviləsinin müddəti 2028-ci ilin yayına qədər nəzərdə tutulub. "Transfermarkt" portalı onun transfer qiymətini 75 milyon avro ilə dəyərləndirir. Cari mövsüm "sağsağanlar"ın forması ilə bütün turnirlərdə 35 matça çıxan orta xətt oyunçusu 9 qol və 7 məhsuldar ötürmə ilə yadda qalıb.
Toğrul