MY de Yonqa İtaliyada əvəzləyici tapdı

MY de Yonqa İtaliyada əvəzləyici tapdı

"Barselona"nın yarımmüdafiəçisi Frenki de Yonqu transfer etmək istəyindən əl çəkməyən "Mançester Yunayted" alternativ variant üzərində də düşünür.

Fanat.Az "The Athletic"ə istinadən xəbər verir ki, "qırmızı şeytanlar" paralel olaraq, "Yuventus"un fransalı futbolçusu Adrien Rabyonu da nəzərdən keçirir.

Mənbə de Yonqun "Barselona"da qalacağı dəqiqləşəcəyi halda, MY-nin bütün diqqətini 27 yaşlı Rabyonun transferinə yönəldəcəyini vurğulayıb.

Qeyd edək ki, Adrien Rabyonun "Yuventus"la müqaviləsinin müddəti gələn ilin yayında başa çatacaq.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər