Tanınmış insayder Fabritsio Romano sosial şəbəkə hesablarında "Mançester Yunayted"in əsas transfer hədəflərindən birini açıqlayıb.
Fanat.Az xəbər verir ki, o, "qırmızı şeytanlar"ın "Brayton"un dayaq yarımmüdafiəçisi Karlos Balebanı istədiklərini və ötən ilin yayından kamerunlu futbolçunun təmsilçiləri ilə danışıq apardıqlarını bildirib.
Baleba "Brayton"a 2023-cü avqustunda, 27 milyon avro qarşılığında "Lill"dən transfer olunub. Onun "qağayılar"la müqaviləsinin müddəti 2028-ci ilin iyun ayının sonuna qədər nəzərdə tutulub. "Transfermarkt" portalı afrikalı oyunçunun transfer qiymətini 60 milyon avro ilə dəərləndirir. Cari mövsüm klubunun forması ilə 19 matça çıxan Karlos məhsuldar göstəricilərlə yadda qalmayıb.
Nihat