İngiltərə Premyer Liqasında (İPL) yanvar ayının ən yaxşı məşqçisi açıqlanıb.
Fanat.Az sözügedən çempionatın rəsmi saytına istinadən xəbər verir ki, "Mançester Yunayted"in çalışdırıcısı Maykl Kerrik bütün rəqiblərini qabaqlayıb.
O, Andoni İraola ("Bornmut"), Liam Rosenyor ("Çelsi") və Şon Dayç (Nottingem Forest") mübarizədən qalib ayrılıb.
MY Kerrikin rəhbərliyi altında ötən ay 2 çempionat matçına çıxıb, öncə əzəli rəqibi "Mançester Siti" (2:0), ardından lider "Arsenal" üzərində inamlı qələbələr qazanıb. Hazırda 45 xalı olan "qırmızı şeytanlar" İPL-in turnir cədvəlində 4-cü pillədə mövqe tutub.
Nihat