MY Amorimlə əməkdaşlığa son qoyduğunu bəyan etdi

MY Amorimlə əməkdaşlığa son qoyduğunu bəyan etdi

İngiltərənin "Mançester Yunayted" klubu baş məşqçisi Ruben Amorimlə əməkdaşlığa son qoyduğunu açıqlayıb.

Fanat.Az xəbər verir ki, məlumatı "qırmızı şeytanlar"ın mətbuat xidməti yayıb.

Rəhbərliyin komandanın Premyer Liqada 6-cı pillədə yer almasından narazı olduğu və bu səbəbdən dəyişiklik etmək qərarına gəldiyi vurğulanıb.

Portuqaliyalı mütəxəssisə göstərdiyi xidmətlərə görə ənənəvi qaydada təşəkkür edilib.

Qeyd edək ki, Amorim 2024-cü ilin noyabrında MY-nin "sükanı arxası"na keçmişdi.

Kamil Xudiyev

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər