Mövsümün ilk "El Klasiko"sunun vaxtı bilindi

Mövsümün ilk "El Klasiko"sunun vaxtı bilindi

2023/2024 mövsümündə "Barselona" ilə "Real Madrid" arasında ilk matçın nə vaxt keçiriləcəyi bəlli olub.

Fanat.Az xəbər verir ki, İlk "El Klasiko" oktyabrın 28-də Barselonada baş tutacaq. İspaniya çempionatı çərçivəsində reallaşacaq görüş Bakı vaxtı ilə 19:15-də başlayacaq. 

Xatırladaq ki, “Barselona” şəxsi duellərdəki qələbə sayına görə “Real”ı qabaqlayır. “Blauqrana” 102, madridlilər 101 dəfə qalib gəlib.

Hazırda İspaniya La Liqasının turnir cədvəlinə "Real Madrid" başçılıq edir. Karlo Ançelottinin komandası mövsümün ilk dörd oyununda 12 xal toplayıb. "Kral klubu"ndan 2 xal geri qalan “Barselona” üçüncü pillədə qərarlaşıb. 5-ci turda “Real Madrid” “Real Sosyedad”, “Barselona” isə “Betis”lə qarşılaşacaq.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər