Mövsümün ən sərrast hücumçusu kimdir?

Mövsümün ən sərrast hücumçusu kimdir?

Topaz Premyer Liqasının XXXII turunun son oyunlarından sonra çempionatın bombardirinin adı rəsmiləşib.

Apasport.az saytının məlumatına görə, “Neftçi”nin çilili legioneri Nikolas Kanales mövsümün ən məhsuldar oyunçusu olub.26 qolu olan cənubi amerikalıya çatmaq üçün son turda ən azı 5 qol vurmalı olan Junior Nildo fərqi azalda bilməyib. AZAL-ın braziliyalısı çempionatı 21 topla bitirib.Bombardirlər yarışında 3-cü yer də legionerin hesabındadır. “Rəvan”ın argentinalı hücumçusu Juan Manauel Varea ilk “üçlük”də yalnız cənubi amerikalılara yer olduğunu göstərib – 14 qol.Debüt mövsümündə Azərbaycanda bombardir olan Kanales bunu bacaran 6-cı legionerdir. Bu, əcnəbilərin ardıcıl 3-cü uğurudur. Örtən mövsüm olduğu kimi, ümumilikdə isə 6-cı dəfə zirvədə “Neftçi”nin üzvü qərarlaşıb.İdman24.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər