"Mövsümü fantastik şəkildə başa vuracağımızı hiss edirik" - Ançelotti

"Mövsümü fantastik şəkildə başa vuracağımızı hiss edirik" - Ançelotti

"Real Madrid"in baş məşqçisi Karlo Ançelotti "Barselona"nı 3:2 hesabı ilə məğlub etdikləri son "el klasiko" barədə aparılan müzakirələrə münasibət bildirib.

Fanat.Az xəbər verir ki, "Madrid Universal" onun dediklərini belə çatdırıb:

"Bu, məni narahat etmir. İndi əhvalımız elə yaxşıdır ki, ətrafda danışılanlar bizə problem yaratmır. Mövsümü fantastik şəkildə başa vuracağımızı hiss edirik. Əlavə müzakirələrə, başqalarının səsləndirdiyi firkirlərə xüsusi önəm vermirik".

Qeyd edək ki, hazırda 81 xalı olan "Real" La Liqanın turnir cədvəlinin ilk pilləsində mövqe tutub. İkinci sıradakı "Barselona"nın 70 xalı var.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər