Mustafa Oğuz Çətinin köməkçisi oldu

Mustafa Oğuz Çətinin köməkçisi oldu
“Xəzər Lənkəran”da işləyəcək məşqçilərdən birinin adına aydınlıq gəlib. Fanat.az xəbər verir ki, bu barədə komandanın baş məşqçisi Oğuz Çətin məlumat verib.
Türkiyəli mütəxəssis köməkçilərindən birinin adını açıqlayıb: “Xəzər Lənkəran”da çalışacaq məşqçilərdən biri Mustafa Əskisoy olacaq".
Futbolçu karyerasına “Sakaryaspor”da başlayan Əskisoy “Kütahyaspor”, “Sokespor”, “Balıkəsirspor”, “Salihlispor”, “Berqama Bələdiyyyəspor”, “Üsküdae Anadolu” və “Alanyaspor”un formasını geyib. 2001-ci ildə sonuncuların heyətində futbolçu karyerasını bitirən türkiyəli məşqçilik fəaliyyətinə başlayıb.
Əskisoy 2001-2002-ci illərdə “Adanaspor”, 2003-2005 və 2013-2014-cü illərdə “Karşıyaka”, 2010-2011-ci illərdə “Altay”, 2012-2013-cü illərdə “Bucaspor”da məşqçi kimi işləyib. 46 yaşlı çalışdırıcı bu il fevralın 13-də “Karşıyaka”dan ayrılıb.
Qeyd edək ki, “Xəzər Lənkəran”ın əsas komandasında çalışan iki məşqçi - Hafiz Əliyevlə Emin Quliyev bundan sonra U-19 komandasında işləyəcək.
apasport.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər