Mustafa Dənizli Türkiyəyə aparılıb. Fanat.az xəbər verir ki, bu barədə klubun mətbuat xidmətinin rəhbəri Hüseyn Cəbrayıloğlu məlumat verib.
Klub rəsmisi baş məşqçinin hazırda yaxşı olduğunu, sadəcə, müayinə olunmaq üçün vətəninə getdiyini bildirib. Dənizli Türkiyəyə özəl reyslə aparılıb.
Qeyd edək ki, Mustafa hoca "Qarabağ"la oyundan əvvəl Bakı Gömrük Xəstəxanasına yerləşdirilib. Qrip virusuna yoluxan türk mütəxəssis həm də yüksək təzyiqdən əziyyət çəkir.
Fanat.az