Mustafa Dənizli Super Liqa klubundan imtina etdi

Mustafa Dənizli Super Liqa klubundan imtina etdi
Türkiyədə təlim-məşq toplanışında olan "Xəzər Lənkəran" daha bir klubdan təklif alıb. Fanat.az xəbər verir ki, Mustafa Dənizlinin başçılıq etdiyi komandaya "Eskişəhərspor"dan dəvət gəlib.
Super Liqa təmsilçisi "Xəzər Lənkəran"la yoxlama oyunu keçirmək istəyib. Lakin Mustafa Dənizli bu təklifdən imtina edib və "Gənclərbirliyi" ilə oyuna üstünlük verib.
Qeyd edək ki, "Xəzər Lənkəran" yanvarın 13-də Super Liqa təmsilçisi "Çaykur Rizəspor"la yoxlama oyunu keçirəcək. "İC Santai" otelinin meydançasında baş tutacaq matç Bakı vaxtı ilə saat 13.00-da başlayacaq.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər