Mustafa Dənizli "Xəzər Lənkəran"dan təzminat istəyir

Mustafa Dənizli "Xəzər Lənkəran"dan təzminat istəyir
Bir müddət əvvəl "Xəzər Lənkəran"dan istefa verən Mustafa Dənizli klubla yollarını tam olaraq ayırmayıb. Fanat.az xəbər verir ki, türk mütəxəssis klub rəsmiləri ilə yenidən danışıqlar masasına oturmaq niyyətindədi.
Bunun səbəbi isə müqavilənin vaxtından əvvəl pozulmasının qarşılığında ödənilməli olan kompensasiyadı. Dənizlinin "Xəzər Lənkəran"dan nə qədər təzminat istədiyini müəyyənləşdirə bilmədik. Amma məbləğin Azərbaycan reallığında çox böyük olduğu dəqiqdi.
Dənizlinin "Xəzər Lənkəran"la tam üzləşmədiyi və danışıqlar masasına oturmaq istəməsi onun Türkiyə mətbuatına açıqlamalarından da açıq-aşkar görünür: "Azərbaycandakı klubumdan ayrılmama rəğmən onlarla bəzi məsələləri müzakirə etməliyəm. İndi əsas məsələ budu".
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər