Mustafa Dənizli: "Xəzər Lənkəran"dan təklif almışam"

Mustafa Dənizli: "Xəzər Lənkəran"dan təklif almışam"
Con Toşakla yollarını ayıran "Xəzər Lənkəran"ın yeni baş məşqçisinin kimliyi müəyyənləşib. Fanat.az futbol11.az saytına istinadən xəbər verir ki, Lənkəran klubu baş məşqçi postunu Mustafa Dənizliyə tapşırır.
Türk mütəxəssis açıqlamasında "Xəzər Lənkəran"dan təklif aldığını təsdiqləyib: "Azərbaycandan zəng edirsiniz? Nə gözəl... Sizdən bir şey gizlətməyəcəyəm. “Xəzər Lənkəran”dan dəvət almışam. Qismətsə, Azərbaycanda işləyəcəyəm. 2 gün içində hər şey həll olunacaq. Mübariz bəylə görüşmüşəm. Çox səmimi bir söhbətimiz oldu. Amma bunun detallarını açıqlaya bilməyəcəyəm. Sadəcə, mənə bir az zaman lazımdı".
Qeyd edək ki, Dənizli futbolçu karyerası ərzində "Altay" (1966-1983) və "Qalatasaray" (1983-1984) formasını geyinib. Məşqçi karyerası ərzində İstanbulun 3 böyük klubunu - "Qalatasaray" (1987-1989, 1990-1992), "Fənərbaxça" (2000-2001) və "Beşiktaş"ı (2008-2010) çalışdırmış mütəxəssis həmçinin Türkiyənin "Kocaelispor", "Manisaspor", "Çaykur Rizəspor", Almaniyanın "Axen", İranın PAS və "Persepolis" klublarına başçılıq edib. 64 yaşlı mütəxəssis 1996-2000-cü illərdə Türkiyə millisinin baş məşqçisi olub.
Məşqçi kimi "Qalatasaray"la Türkiyə çempionluğunu (1 dəfə), ölkə kubokunu (1), Prezident Kubokunu (2) qazanan Dənizli Çempionlar Liqasında yarımfinal və Kuboklar Kubokunda 1/4 final oynayıb. "Fənərbaxça" və "Beşiktaş"a ölkə çempionluğu qazandıran mütəxəssis "Qara Qartallar"la kuboku da başı üzərinə qaldırıb. İran çempionatının gümüş medalını qazanan 64 yaşlı məşqçi Asiya Çempionlar Liqasında 1/4 finala çıxıb. O, həmçinin 2000-ci ildə Türkiyə millisini Avropa çempionatının 1/4 finalında oynadıb.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər