"Xəzər Lənkəran"ın baş məşqçisi Mustafa Dənizli "SKY Türk 360"da yayımlanan "Centilmenler" proqramının qonağı olub. Fanat.az xəbər verir ki, türk mütəxəssis Emre Canın suallarını cavablandırıb. Dənizlinin proqramda səsləndirdiyi fikirləri təqdim edirik:
"Narahat" deyiləm"
"Beşiktaş"da, "Fənərbaxça"da çalışarkən Kocaeliyə, Manisaya və Rizəyə getdim, milli komandadan sonra başqa bir yerə... Bu mənim üçün problem deyil. Problem olsa, işləmək olmaz. Zaman-zaman soruşurlar ki, "karyeranızdan narahat deyilsiz?". Niyə narahat olmalıyam? Bütün işlərim mənim üçün şərəfdi. Bu fəaliyyətləri bir sıralama içərisində dəyərləndirsək, bəzi haqsızlıqları da gündəmə gətirmiş olarıq. Mənim üçün iş seçimdə əsas amil budu: orda xoşbəxt ola bələrəm? Uğur qazanıb-qazanmamaq ikinci məsələli. Yalnız xoşbəxt olduğunu yerdə uğur qazana bilərsən".
"... xoşbəxtliyi tam olaraq hiss etməz"
"20 il əvvəl "Aaxen"də gördüyüm işi sən dünən olduğu kimi xatırlaya bilirsən. Almanlar da unutmur. Ora gedib 8 həftədə 8 qələbə qazandığın zaman gündəmə düşürsən. Bu işi bu gün PTT 1-ci liqada və ya aşağı liqalarda görsən yenə eyni şeylər olacaq. Önəmli olan özünü rahat hiss etməyindi. Mən özümü harda hiss edirəm? İnsanlarımızın məni fərqli bir yerdə hiss etmək şansı varmı? Yox. Dolayısıyla burda gördüyüm işlər insanların marağına səbəb olur. Ötən mövsüm "Çaykur Rizəspor"da işə başlayanda futbol ictimaiyyətinin önəmli bir hissəsinin diqqətini oraya yönəldəcəyini bilmirdimmi? "Çaykur Rizəspor"da çalışmaq çətin və risklidi. Bir baş məşqçi uğur və uğursuzluğu yaşamasa, xoşbəxtliyi tam olaraq hiss etməz".
"Uşaqlıq sevgim "Beşiktaş"dı"
"Karyeram ərzində hər hansı bir lobbi dəstəyi görməmişəm. Bu işə 40 ilimi vermişəm. Çalışdığım yerlər, keçdiyim yollar bəllidi. Mən 37 yaşımda "Qalatasaray" kimi bir klubun başına keçdim, illərlə xidmət etdim. Ordan çıxdım və "Fənərbaxça" kimi böyük bir klubun başına keçdim. Son olaraq da uşaqlıq sevgim olan komandada - "Beşiktaş"da çalışdım. Bütün yerlərdə həyacan eynidi. Qazandığım çempionluqlar önəmli deyil, bu camiələr tərəfindən qəbul edilmək, sevilmək mənim üçün daha önəmlidi. Fanatizm mənasında bir-birindən bu qədər ayrılmış 3 camiə tərəfindən gördüyün sevgini heç bir çempionluqla, heç bir uğurla ölçə bilməzsən. Ən böyük uğurum bu sevgidi".
"Türkiyə qorxaqlar ölkəsidi"
"Futbol mühiti bir iddia mühitidi. Futbolun önəmli simalarından bəziləri baş məşqçilər, bəziləri idarəçilər, bəziləri də futbolçulardı. Futbolun içində həyacanı, çəkişməni və yarışmanı ortaya çıxarmaq lazımdı. Türkiyə qorxaqlar ölkəsidi. Bir komandanın başında duran insanlardan çox çətinliklə iddialı kəlimələr duyursan, "ya olmasa" deyə qorxurlar. Mən uğura bu futbol anlayışı ilə çatımışam. Futbolçuluğumu məşqçilik həyatına daşıdığım dönəmlər oldu. Məşqçi kurslarından sən də, mən də eyni dərəcələrlə məzun ola bilərik. Bizi fərqli edəcək diplomlarımızın dərəcəsi olmayacaq. Fərq bizim imkanlarımızı zorlaya bilməyimizdi. Əsas olan bir oyun anlayışı, bir futbolçu fiquru yarada bilməkdi. Yəni sənin oynadığın bir bölgə var, amma mən səni daha yaxşı oynada biləcəyim yeri axtarmalıyam. Bütün bunlarla yanaşı, bir komandanın necə qurulduğunu axtarmaq lazımdı. "Qalatasaray"da çalışmağa başlayanda 37 yaşım var idi. Baş məşqçiliyə başlamağım da uzun bir hekayədi. Əvvəlcə gənclərdən ibarət komandada başladım. Köməkçi-məşqçi olmaq istəmədim, baş məşqçi oldum. İşə İviçin köməkçisi olaraq başladım. O, məni karyeramı bitirməyə məcbur etdi. Amma mövsümün bitməsinə az qalmış "Benfika" ilə anlaşıb, bizi yarı yolda buraxdı. O gedəndən sonra ortada qaldım. Komandanın başına kimin gələcəyi bəlli deyil. Daha sonra rəhbərlik "komandanı toplanışa sən apar" dedi. Lakin getmək istəmədim. Çünki daha sonra xaricdən gələn mütəxəssis öz komandasını gətirəcək və mən ortada qalacaqdım. Ona görə rəhbərliyə "ya mənə gənclər komandasını verin, ya da icazə verin İzmirə dönüm". Bundan sonra gənclər komandasına getdim, daha sonra isə köməkçi-məşqçiliyə başladım".
"Fənərbaxça" - "Beşiktaş" matçı örnək olmalıdı"
"Bu mövsüm oynayanan "Fənərbaxça" - "Beşiktaş" matçı örkən olmalıdı. Həftədə 8-9 matç keçirilir. İkisi belə olsa, yetər. Amma olmur, ikisini belə görmürük. Maddi qarşılığını görməlidi ki, daha böyük yatırımlar gəlsin. Futbolu gəmirən qurdun adı qorxudu. Uduzmamaq fikri üzərində hər hansı bir strategiya qura bilməzsən".
Fanat.az