"Xəzər Lənkəran"ın baş məşqçisi olması gözlənilən Mustafa Dənizli Azərbaycana gəlib. Fanat.az xəbər verir ki, bu gün Mübariz Mənsimovun şəxsi təyyarəsi ilə ölkəmizə gələn mütəxəssisi Lənkəran hava limanında klubun idman direktoru Höccət Hacıyev qarşılayıb.
Dənizlini qarşılayanların arasında "Fənərbaxça"nın sabiq kapitanı və Türkiyə millisinin keçmiş məşqçisi Oğuz Çətin də olub. Türk mütəxəssis Lənkəranda klubun bazası və stadionu ilə tanış olub. O, axşam saatlarında İstanbula qayıdacaq. Burda isə mütəxəssislə müqavilə imzalanacaq.
Fanat.az