Muslera Türkiyədən ayrılacaq?

Muslera Türkiyədən ayrılacaq?

"Qalatasaray"ın qapıçısı Fernando Muslera karyerası ilə bağlı yekun qərar qəbul edib.

Fanat.Az xəbər verir ki, məlumatı "Fotospor" yayıb.

Xəbərə görə, təcrübəli qolkiper İstanbul təmsilçisinin növbəti dəfə müqaviləsinin müddətinin uzadılması təklifinə mənfi cavab verib. "Aslanlar"ın icraçı direktoru Erdem Timurla danışıqlar aparan  "çərçivə" qoruyucusu mövsüm sonu  klubdan ayrılmaq istədiyini bildirib. 

Qeyd edək ki, Muslera 2011-ci ildən "Qalatasaray”da çıxış edir.

Nahid Məmmədov

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər