Muslera karyerası ilə bağlı son qərarını verdi

Muslera karyerası ilə bağlı son qərarını verdi

"Qalatasaray"ın qapıçısı Fernando Muslera mövsümün sonunda karyerasını başa vuracaq.

Fanat.Az xəbər verir ki, informasiyanı "Milliyet" nəşri yayıb.

Mənbə uruqvaylı qolkiperin bu barədə rəhbərliyi və baş məşqçi Okan Buruku məlumatlandırdığını vurğulayıb.

Qeyd edək ki, 38 yaşlı Muslera 2011-ci ildən "sarı-qırmızılar"ın formasını geyinir. O, bu müddət ərzində yeddi dəfə Super Liqanın qalibi olub. Təcrübəli qapıçı qapıçı dörd dəfə ölkə kubokunu, altı dəfə isə Superkuboku qazanıb.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər