"Qalatasaray"ın qapıçısı Fernando Muslera karyerasını İtaliya A Seriasında davam etdirə bilər.
Fanat.Az xəbər verir ki, məlumatı "Fanatik" yayıb.
Xəbərə görə, təcrübəli qolkiper "Parma"nın diqqət mərkəzindədir. Apennin təmsilçisi "çərçivə" qoruyucusuna iki illik müqavilə təklif etmək niyyətindədir.
Qeyd edək ki, Muslera 2011-ci ildən "Qalatasaray”da çıxış edir.
Nahid Məmmədov