Musa Qurbanlının son vəziyyətinə aydınlıq gəldi

Musa Qurbanlının son vəziyyətinə aydınlıq gəldi

"Qarabağ"ın zədəli hücumçusu Musa Qurbanlının son vəziyyəti məlumdur.

Fanat.Az-a "köhlənlər"in mətbuat xidmətindən verilən məlumata görə, hələ bərpa prosesi keçən ön xətt oyunçusu məşqlərə qatılmır.

24 yaşlı forvardın 1 həftə sonra fərdi çalışmalara başlayacağı bildirilib.

Xatırladaq ki, UEFA Avropa Liqasının 1-ci təsnifat mərhələsinin ilk oyunları çərçivəsində Bakıda İslandiyanın "Vestri" komandasını 3:0 hesabı ilə üstələyən "Qarabağ" sabah 16:00-da çarter reysi ilə sözügedən ölkəyə yollanacaq. Tərəflərin cavab qarşılaşması iyulun 16-dan 17-nə keçən gecə baş tutacaq. İslandiyadakı matçın start fiti Bakı vaxtı ilə 00:00-da səsləndiriləcək.

Nihat   

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər