Murad Musayev Mahaçqala "Dinamo"sunu çalışdıracaq? - AÇIQLAMA

Murad Musayev Mahaçqala "Dinamo"sunu çalışdıracaq? - AÇIQLAMA

Bir neçə öncə "Sabah"ın baş məşqçi postunu tərk edən Murad Musayev gələcək karyerası ilə bağlı açıqlama verib. 

Fanat.Az-ın məlumatına görə, o, "RB Sport"a açıqlamasında Rusiyada çalışmaq variantlarına isti yanaşdığını vurğulayıb:

“Əlbəttə, mən Rusiyada işləməklə bağlı təklifləri nəzərdən keçirməyə hazıram. Mahaçqala "Dinamo"su? Hacı Müslümoviç (Hacıyev - red.) artıq sualınızı cavablandırıb”. 

Qeyd edək ki, daha öncə  "Dinamo"nun prezidenti Hacı Hacıyev 40 yaşlı Musayevi baş məşqçi postunu tutmasının əleyhinə olmadığını, ancaq sözügedən mütəxəssisin kiçik fasiləyə ehtiyac duyduğunu söyləyib.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər