AZAL-ın baş məşqçisi Tərlan Əhmədov Murad Səttarlının xidmətindən məhrum olub. Fanat.az xəbər verir ki, gənc futbolçu cəzalı duruma düşüb.
"Rəvan"la oyunun 81-ci dəqiqəsində hakim qərarına etiraz etdiyinə görə cəzalanan Murad sarı vərəqə limitini doldurub. Cari mövsümdə 4-cü dəfə xəbərdarlıq alan Səttarlı XXIV turda "Xəzər Lənkəran"la səfər oyununda iştirak etməyəcək.
Fanat.az