UEFA Millətlər Liqasında bu gün iki oyun keçiriləcək. Üçüncülük uğrunda İtaliya və Belçika komandaları qarşılaşacaq. Liqanın finalında isə Fransa İspaniya millisi ilə görüşəcək.
Fanat.Az münəccimin hər iki oyuna olan proqnozunu təqdim edir:
İtaliya - Belçika
İtaliya
İtaliya millisi, demək olar ki, bütün proqnozların əksinə olaraq, Millətlər Liqasının finalına çıxa bilmədi. Avropa çempionları yarımfinalda İspaniyaya məğlub oldular - 1:2.
Bu, İtaliyanın 2018-ci ilin iyunundan bəri ilk məğlubiyyəti idi. 38 oyunluq inanılmaz məğlubiyyətsiz seriya başa çatdı. Amma hər-halda rekord yenədə İtaliyaya məxsusdur.
İspaniya ilə matçda Roberto Mançininin planlarını erkən buraxılan qol korladı. Leonardo Bonuççinin qırmızı vərəqə alması da Mançininin planlarına daxil deyildi. İtalyanlar özlərinə gələnə kimi ispanlar daha bir qol vurdular.
10 nəfərlə İspaniya millisinə qarşı mübarizə aparmaq asan məsələ deyil. Buna baxmayaraq İtaliya millisi buraxılan 2 topdan birinin əvəzini çıxa bildi.
Belçika
Belçika millisi yarımfinalda Fransaya məğlub oldu.
"Qırmızı şeytanlar" Fransa ilə oyunun birinci hissəsini mükəmməl keçirdilər. İki heyrətamiz qol vurdular və demək olar ki, bir ayaqları finalda idi. Fasilədən sonra oyunun ssenarisi kəskin şəkildə dəyişdi. 7 dəqiqə ərzində fransızlar vurulan hər iki topun əvəzini çıxdılar. Növbəti hücum zamanı isə oyunda son sözünü Teo Hernandes dedi - 3:2. Beləliklə, Fransa finala adladı.
Məğlubiyyətdən sonra Belçika millisinin futbolçularında ruh düşkünlüyü nəzərə çarpır və üçüncülük uğrunda oyunu əhəmiyyətsizz hesab edirlər.
Proqnoz: Belçikalı futbolçuların oyundan sonrakı fikirlərini öyrənəndə onların oynamaq istəyi olmadığına asanlıqla inanmaq olar. Onlar üçün Millətlər Liqasında üçüncü yer uğrunda oynamaq, yoldaşlıq görüşü kimi bir şeydir.
İtalyanlar isə belə motivasiya problemi yaşamayacaqlar. Onu da qeyd edək ki, oyunu evdə keçiriləcək. AVRO - 2020 - də İtalyanların Belçikanın necə öhdəsindən gəldiyini də (1:2) unutmayaq.
Münəccimin proqnozu İtaliyanın oyununəsas vaxtında qələbəsi olacaq (1). Xarici bukmeker kontorları bunu 2,40 əmsalla qiymətləndirir.
İspaniya - Fransa
İspaniya
UEFA reytinq cədvəlində 2-ci pillənin sahibi İspaniya millisi və 5-ci pillədəolan Fransa yığması final oyununa çıxır.
İspaniya yarımfinalda İtaliya ilə mükəmməl bir oyun keçirdi. Avro-2020-nin yarımfinalında onlara məğlub olduqlarının təsadüf olduğunu təsdiqlədi.
İlk hissə həlledici oldu 17 və 47-ci dəqiqələrdə vurulan qollarla İspanlar demək olar ki, finalı təmin etdilər.
Yarımfinaldakı iki qolun müəllifi Ferran Torres final oyununu buraxa bilər.
Fransa
Yarımfinalda ilk hissədən sonra Fransa millisinin heç nəyə qadir olmadığı anlamına gəlmək olardı.
İkinci hissədə isə Didye Deşamın yetirmələri ayıldı. Fasiləyə 0:2 hesabı ilə məğlub olaraq yollanan Fransa millisi ikinci hissədə şou göstərdi. Əvvəlcə vurulan iki topun əvəzini çıxdı sonra isə oyunun sonlarında daha bir qolla finala yüksəlişi təmin etdi. Son ildə bəlkə də bu Fransanın ifasında ən yadda qalan 45 dəqiqə oldu.
Proqnoz:
Fransızlar necə oynamaq lazım olduğunu xatırlayıblar. Bu gün Deşamın yetirmələri yarımfinalın ikinci hissəsindəki kimi oynasalar İspanlar çətinlik çəkəcək.
Ferran Torresin oynayacağı sual altındadır. Fransızlar yüksək motivasiyaya sahibdir və heyətdə hər şey qaydasındadır.
Finaldır və hər iki komanda anlayır ki, şans bir daha olmayacaq, xırda bir səhf belə oyunun müqəddəratını həll edə bilər. Odur ki, oyunun ilk hissəsi millilərin ehtiyyatlı oyunu ilə keçəcək. Münəccimin proqnozu oyunun əsas vaxtında 2-dən artıq qol olmayacağı (2.5 alt) variantıdır. Əmsal - 1,75.
İkinci proqnoz isə Fransanın bir top fərqi ilə qələbəsidir. Xarici bukmeker kontorlarında bu varianta 3,8 - 4,20 əmsalına rast gəlmək olar.
Xatırladaq ki, verilən proqnozlar müəllifin təxminidir. Nəticələr fərqli ola bilər.
Emin Şəmsiyev