Bu gün UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab görüşləri çərçivəsində üç oyun keçiriləcək. Proqnoz vermək üçün PSV - "Benfika" və "Ludoqorets" - "Malmö" qarşılaşmalarını seçmişik.
PSV bir həftə əvvəlki məğlubiyyətinə görə evdə "Benfika"dan qisas almağa çalışacaq.
PSV
İlk görüşə baxanlar yaxşı bilir ki, PSV həmin oyunda, xüsusilə də ikinci hissədə yaxşı oynayırdı. Portuqaliyadakı oyundan əvvəl biz də elə bunu proqnozlaşdırmışdıq. Eyndhoven təmsilçiləri topla olduqca yaxşı davranır, meydanda açıq oynamaqdan çəkinmir və rəqibin qapısı önündə çoxsaylı təhlükəli epizodlar yaradırdı. Düzdür, nəticə etbarı ilə məğlub oldular. PSV son oyununu daxili çempionatda "Kambur" klubuna qarşı keçirib və 4:1 hesabı ilə qələbə qazanaraq, aktivinə 3 xal əlavə edib.
"Benfika"
İlk görüşün ikinci yarısında üstünlüyü tamamilə rəqibə verən və nəticəyə oynamağa çalışan "Benfika" nəticədə qapısında qol görmüşdü. Son oyununu Portuqaliya çempionatında "Jil Visente"yə qarşı keçirən "qartallar" səfərdən 2:0-lıq qələbə ilə dönüblər.
Proqnoz
İlk görüşdə PSV-nin hücumda çox inamlı, güclü tərəf olduğu və yalnız bəxtsizlik amilinə görə məğlub olması qeyd olunmalıdır. "Benfika" oyuna yaxşı başlasa da, oyunun ikinci hissəsində olduqca praqmatik futbola üstünlük verdiyi müşahidə olunurdu. İlk oyunda olduğu kimi, bu gecə də hər iki komandanın ifasında maraqlı mübarizəyə şahidlik edəcəyik. Ehtimal olunandır ki, portuqaliyalılar nisbətən ehtiyatlı oynasınlar. Eyndhovenlilər evdə keçirdiyi son 3 oyunda 12 qol vurub. PSV oyunun ilk dəqiqələrində hücuma atılacaq. Erkən qol olacağı gözlənilir.
Münəccim hesab edir ki, qol baxımından görüş məhsuldar alınacaq. Oyunda 3-dən artıq qol olacağını (3,5 üst) proqnozlaşdırırıq. Xarici bukmeker kontorları bu nəticəyə 2,80 əmsal təklif edir.
PSV ev oyunlarında olduqca yaxşı təsir bağışlayır. Eyndhoven təmsilçiləri daha şanslıdır.
Alternativ proqnoz - PSV-nin qələbəsi. Əmsal - 1,94.
"Ludoqorets" səfərdə "Malmö" klubuna məğlub olub. Bolqarlar bu gün evdə qisas ala biləcəklər, ya yox? Qarşılaşma necə olacaq? Gəlin araşdıraq.
"Ludoqorets"
"Ludoqorets" seçmə mərhələdə çətin işin öhdəsindən gələrək, pley-off mərhələsinə vəsiqə qazandı. Valdas Dambrauskasın yetirmələri gərgin mübarizədə Yunanıstanın "Olimpiakos" klubunu yenməyi bacardı. Hazırki mərhələnin ilk oyununda isə nisbətən zəif rəqibə - "Malmö"yə məğlub oldular (2:0).
Bolqarıstan çempionatında keçirdiyi son oyunda Sofiya "Lokomotiv"inə 5:0 hesablı qalib gəlməsi komanda üzvlərinə bugünkü görüşdə əlavə impuls verəcək.
"Malmö"
İsveçlilər seçmə mərhələni birnəfəsə keçib. Yon-Dal Tomassonun (Jon-Dahl Tomasson) yetirmələri "Riga", HİK və "Rangers" kimi klubları yarışdan kənarlaşdırıb. "Ludoqorets"lə ilk oyunda bolqarlar məsələni elə ev oyununda həll etməyə çalışaraq, 2:0 hesablı qələbə qazandılar. İsveç çempionatının son oyununda "Degerfors"u 3:0 hesabı ilə məğlub edən komanda hazırda turnir cədvəlində 33 xalla ikinci yerdə qərarlaşıb.
Proqnoz
"Ludoqorets" İsveçdə zəif təsir bağışlayaraq, qapısında 2 cavabsız top görüb. Aydın məsələdir ki, bu gün "qartallar" hücumda daha aqressiv və israrlı olacaqlar. "Malmö" isə çox güman, daha çox praqmatik oyuna üstünlük verəcək. "Ludoqorets" bütün gücü ilə irəli atılacağı təqdirdə, isveçlilər əks-hücumlar zamanı rəqib qapısına rahat yol tapa bilər.
Tərəddüd etmədən hər iki komandanın qol vuracağını (QQ) proqnozlaşdıra bilərik. Kontorlar bu proqnozu 1,72 əmsalla qiymətləndirir.
Alternativ proqnoz - "Ludoqorets"in bir top fərqi ilə qələbəsi olacaq. Bu proqnoz üçün xarici kontorlarda 1,86 əmsalına rast gəlmək olar.
Xatırladaq ki, verilən proqnozlar müəllifin təxminidir. Nəticələr fərqli ola bilər.
Emin Şəmsiyev