"Mükəmməl oyun sərgilədik" - Karlo Ançelotti

"Mükəmməl oyun sərgilədik" - Karlo Ançelotti

"Real Madrid" İspaniya Kubokunda yarımfinal mərhələsində “Barselona”ya 4:0 hesabı ilə məğlub edərək finala adını yazdırıb. 

Fanat.Az xəbər verir ki, "AS"a danışan kral klubunu baş məşqçisi Karlo Ançelotti qələbəni belə şərh edib: 

"Hər mənada mükəmməl oyun sərgilədik. Əks halda "Kamp Nou"da 4:0 hesabı ilə qalib gələ bilməzdik. İlk hissədə problemlər yaşadıq. Ancaq birinci qol oyununun dinamikası dəyişdi. Bizə daha çox yer açıldı. Bundan öncəki iki "El Klasiko"da olduğu kimi  bu görüşdə də əlimizdən gələn hər şeyi etdik. Sadəcə Rodriqonun rolunu dəyişdik. Amma plan eyni qalmışdı. Xırda detallar gedişatı dəyişir. İlk qol fantastik idi və ikinci hissəyə təsir etdi". 

Qeyd edək ki, bu komandalar arasında Madriddə keçirilmiş ilk oyun Kataloniya təmsilçisinin 1:0 hesablı qələbəsiylə yekunlaşmışdı. Cavab görüşündə isə “Real Madrid” 4 cavabsız qolla qalib gələrək finala yüksəlib. Kral klubu həlledici görüşdə “Osasuna” ilə üz-üzə gələcək.

Röya

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər